IMG-LOGO

Yeni "iPhone" modelinin görüntüləri yayıldı

05.03.2024 17:53 61 baxış
IMG

İnternetdə “iPhone SE 4” smartfonunun CAD çertyojları peyda olub. 

Lent.az xəbər verir ki, bu da yeni məhsulun dizaynının “iPhone 14”ə bənzəyəcəyi ilə bağlı çoxsaylı şayiələri təsdiqləyib. 

“iPhone SE 4” hələ də “Dynamic Island” deyil, "bangs" ekrana malik olacaq. Ancaq ekran hazırkı versiyaya nisbətən 6,1 düymədək artacaq və o, OLED panel ilə təchiz olunacaq. Çox güman ki, “iPhone 14” ilə eyni görünəcək.

Yeni kameranın tək olacağı gözlənilir və bu, ən sərfəli “iPhone” və daha bahalı modellər arasındakı əsas fərqlərdən biri olacaq. Məhsulun ölçüləri 147,7 x 71,5 x 7,7 mm şəklində olacağı ehtimal olunur. Bu da təxminən “iPhone 13” və “14”ün ölçülərinə uyğundur.

Yeni “iPhone SE”nin 2025-ci ildə təqdim olunacağı gözlənilir. Onun “iPhone 14”ün əsaslandığı “Apple A15 Bionic"dən daha müasir platformadan istifadə etməsi mümkündür.

 

Xəbər lenti