IMG-LOGO

Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu komandalar üz-üzə gələcək

05 Apr 2026 09:13 6 baxış
IMG

Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.

"Report" xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaqlar.

İlk matçda "Kəpəz" və "Qəbələ" kollektivləri üz-üzə gələcəklər.

Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq. Görüş saat 15:30-da başlayacaq.

Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. 21 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz", 16 xalla 11-ci sırada yer alan "Qəbələ"ni məğlub edəcəyi təqdirdə, elitadakı yerini böyük ölçüdə təmin etmiş olacaq.

İkinci görüşdə isə "Sumqayıt" və "Neftçi" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan "gənclik şəhəri" təmsilçisi Sumqayıt şəhər stadionunda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.

"Neftçi" və "Sumqayıt" komandaları müvafiq olaraq 6 və 7-ci pillələrdə yer alıblar. "Ağ-qaralar"ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

5 aprel

15:30. "Kəpəz"– "Qəbələ"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Elvin Bayramov

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Yevlax şəhər stadionu

18:00. "Sumqayıt" – "Neftçi"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

Xəbər lenti