IMG-LOGO

Aeroport yolunda QƏZA, xəsarət alanlar var

05 Apr 2026 01:13 7 baxış
IMG
0 0

Paytaxtın aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb. “Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb.

Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb.

bakı qəza

Xəbər lenti