IMG-LOGO

“Mançester Siti” “Liverpul”u darmadağın edib finala çıxdı

04 Apr 2026 20:00 2 baxış
IMG
2 0

“Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalında öz meydanında “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, “şəhərlilər”in heyətində het-trikə Erlinq Haaland imza atıb. Norveçli hücumçu 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 45-ci və 57-ci dəqiqələrdə qol vurub.

Digər qolu isə 50-ci dəqiqədə Antoine Semenyo vurub.

64-cü dəqiqədə “Liverpul” hesab fərqini azaltmaq imkanı qazansa da, Məhəmməd Salah penaltini dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun ilk yarımfinalçısı olub.

İdman xəbərləri

Xəbər lenti