IMG-LOGO

Boş bildiyi silahla özünü öldürdü

04 Apr 2026 18:04 3 baxış
IMG
0 0

Türkiyədə silah ustası özünü güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Bəyşəhər qəsəbəsində, silah fabriklərinin yerləşdiyi Üzümlü məhəlləsində baş verib.

Silah fabrikində işləyən 29 yaşlı Əli G. tapançanı boş zənn edərək başına dirəyib və tətiyi basıb. Lakin bədbəxtlikdən silahdan atəş açılıb və gənc oğlan hadisə yerində ölüb.

Hadisənin intihar yaxud təsadüf olması araşdırılır.

Hadisələr

Xəbər lenti