IMG-LOGO

"Everton" Cek Qrilişi mövsümün sonunda komandada saxlamağı planlaşdırır

02 Apr 2026 23:43 3 baxış
IMG

İngiltərə təmsilçisi "Everton" yarımmüdafiəçi Cek Qrilişi cari mövsümün sonunda komandada saxlamaq niyyətindədir.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Mersisayd kollektivi 30 yaşlı futbolçunun xidmətində yenə maraqlıdır.

Müqaviləyə əsasən "Mançester Siti"yə məxsus olan oyunçu icarə əsasında "Everton"da çıxış edir.

Klub Qrilişi təxminən 57,5 milyon avro qarşılığında transfer edə bilər. Bununla belə, daha real variant kimi icarə müqaviləsinin müddətinin uzadılması nəzərdən keçirilir.

Qeyd edək ki, Cek Qriliş cari mövsümdə bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti