IMG-LOGO

İsrail və ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurdu - VİDEO

02 Apr 2026 21:17 2 baxış
IMG
0 0

ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə iki dəfə zərbə endirilib.

Lent.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Tehranla Kərəci birləşdirməli olan və tikintisi son mərhələdə olan körpü ciddi zərər görüb. Hücum nəticəsində iki nəfər həlak olub, yaralananlar var.

İkinci zərbə xilasedicilər hadisə yerində yardım göstərərkən baş verib.

ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, “İranda ən böyük körpü artıq yoxdur və bundan sonra daha çox şey olacaq. İran gec olmadan razılaşma əldə etməlidir”, – deyə qeyd edib.

Buna cavab olaraq Fars agentliyi regiondakı bir sıra obyektlərin hədəf ola biləcəyini bildirib.  

https://t.me/apa_az/116995

 

iran abş kərəc körpü

Xəbər lenti