IMG-LOGO

Azərbaycanın U-20 millisi təlim-məşq toplanışı keçirəcək

02 Apr 2026 20:01 3 baxış
IMG

Aprelin 13-dən 26-dək 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

"Report" xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti