IMG-LOGO

Təcrübəli qazaxıstanlı yarımmüdafiəçi “Turan” klubuna keçdi

02 Apr 2026 19:07 2 baxış
IMG
0 0

Qazaxıstanlı yarımmüdafiəçi Duman Narzildayev rəsmən “Turan” klubuna keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Turkistan klubunun mətbuat xidməti bu barədə “Instagram”da məlumat yayıb.

"Turan” futbol klubu rəsmi olaraq qazaxıstanlı yarımmüdafiəçi Duman Narzildayevlə müqavilə imzaladığını elan edir. Duman Qızılorda şəhər futbol məktəbinin yetirməsidir.

O, karyerasına 2012-ci ildə "Kaysar"da başlayıb. Qazaxıstanda bir neçə klubda oynayıb və "Ordabası" ilə ölkə çempionluğunu qazanıb. Belə təcrübəli oyunçunun komandamıza qoşulmasından çox məmnunuq!", - açıqlamada bildirilir.  

İdman xəbərləri

Xəbər lenti