IMG-LOGO

Superliqa təmsilçisi Selçuk İnanla müqavilənin müddətini uzadıb

02 Apr 2026 18:29 2 baxış
IMG

Türkiyə Superliqası təmsilçisi "Kocaelispor" baş məşqçisi Selçuk İnanla yeni müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yerli mütəxəssisin yeni sözləşməsiu 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Selçuk İnan ötən ildən "Kocaelispor"u çalışdırır. Onun komandası turnir cədvəlində 33 xalla səkkizinci sırada yer alıb.

Xəbər lenti