IMG-LOGO

Futzal üzrə Yüksək Liqada üç oyundan ikisi baş tutmayıb

02 Apr 2026 16:20 3 baxış
IMG

Futzal üzrə Yüksək Liqada XVI turun bir oyunu keçirilib, digər ikisi isə baş tutmayıb.

"Report" xəbər verir ki, günün ilk matçında "Neftçi" İK "Lənkəran"la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.

"Lənkəran" komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştirak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider "Neftçi" İK-in hesabına 3 xal yazılıb.

Keçirilən qarşılaşmada isə "Araz-Naxçıvan" "Baku Fire"ni 5:1 hesabı ilə məğlub edib.

Bundan başqa, "Şuşa" komandası təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

Xal durumu: "Neftçi" İK - 43, "Araz-Naxçıvan" – 40, "Baku Fire" – 29, "Şuşa" – 18, U-19 – 9, Lənkəran – 0.

Xəbər lenti