IMG-LOGO

Türkiyə millisinin dünya çempionatında Paraqvay ilə oyununun başlama saatı dəyişdirilib

02 Apr 2026 14:34 4 baxış
IMG

Futbol üzrə Türkiyə millisinin dünya çempionatında keçirəcəyi oyunlardan birinin başlama saatı dəyişib.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Paraqvay seçməsi ilə qarşılaşma iyunun 20-də, Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.

Matçın daha əvvəl saat 08:00-da başlaması planlaşdırılmışdı.

Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də, Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, 26-da, saat 06:00-da isə ABŞ ilə üz-üzə gələcək.

Xəbər lenti