IMG-LOGO

"Mançester Siti" Qvardioladan gələcəyi barədə aydın cavab tələb edir

02 Apr 2026 10:56 3 baxış
IMG

İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Xosep Qvardiolanın gələcək karyerası ilə bağlı qərar verməsini istəyib.

"Report" "talkSPORT"a istinadən xəbər verir ki, "şəhərlilər" 55 yaşlı mütəxəssisdən 2027-ci ildə başa çatacaq müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağına aydınlıq gətirməsini tələb edir.

Premyer Liqa təmsilçisi Liqa Kubokunu qazandıqdan sonra yay transfer dönəmi üçün planlarını qurmaq niyyətində idi. Lakin Qvardiola ilə bağlı qeyri-müəyyənlik prosesi çətinləşdirir.

"Mançester Siti" rəhbərliyi təcrübəli baş məşqçidən tezliklə cavab almaq istəyir. Onlar mümkün futbolçu keçidlərindən əvvəl mütəxəssisin qərarını gözləyirlər.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"də işləyir. Komanda onun rəhbərliyi altında altı dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbər lenti