IMG-LOGO

Abdukodir Xusanov "Mançester Siti"də martın ən yaxşı oyunçusu seçilib

01 Apr 2026 21:42 3 baxış
IMG

İngiltərə təmsilçisi "Mançester Siti"nin heyətində mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, özbəkistanlı müdafiəçi Abdukodir Xusanov ötən ay komanda daxilində ən yaxşı futbolçu seçilib.

22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və cinah hücumçusu Ceremi Dokunu qabaqlayıb.

Xusanov daha əvvəl – yanvar ayında da "şəhərlilər"in ayın ən yaxşı oyunçusu adına layiq görülmüşdü.

Qeyd edək ki, müdafiəçi ötən ay bütün turnirlərdə 6 oyuna çıxıb və onların 5-də start heyətində yer alıb.

Xusanov 2025-ci ilin yanvarından "Mançester Siti"nin formasını geyinir. O, 2025/2026 mövsümündə 29 oyunda iştirak etsə də, hələlik fərqlənə bilməyib.

Xəbər lenti