IMG-LOGO

Kəlbəcərdə yük maşını aşdı, sürücü öldü

02 Mar 2024 17:23 185 baxış
IMG

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayonu sakini, 24 yaşlı Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti