IMG-LOGO

Krım üzərində An-26 hərbi təyyarəsi ilə əlaqə kəsildi

01 Apr 2026 00:20 4 baxış
IMG
0 0

Krım üzərində uçuş zamanı Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

Lent.az xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə planlaşdırılmış uçuş zamanı baş verib və təyyarədə olan heyət üzvlərinin taleyi hələlik məlum deyil.

Nazirlik bildirib ki, təyyarəyə kənardan müdaxilə qeydə alınmayıb. Axtarış-xilasetmə qrupları ehtimal olunan qəza bölgəsinə göndərilib.

rusiya krım təyyarə

Xəbər lenti