IMG-LOGO

Qebreyesus: Tehrana hücumlar zamanı ÜST-nin ofisinə zərər dəyib

31 Mar 2026 21:59 4 baxış
IMG

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tehrandakı ofisinə İran paytaxtına edilən hücumlar nəticəsində zərər dəyib.

"Report" xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus "X" sosial şəbəkəsində bildirib.

"Son iki gecə ərzində ÜST-nin Tehrandakı ofisinin ərazisinə zərbələr endirilib və nəticədə pəncərələr sınıb. Xoşbəxtlikdən ÜST-nin İrandakı ofisinin bütün əməkdaşları təhlükəsizlikdədir və heç kim xəsarət almayıb", - paylaşımda qeyd olunub.

Qebreyesus bu cür zərbələrin yolverilməz olduğunu vurğulayıb, ÜST və digər BMT agentliklərinin binalarının harada yerləşdiyinin hər kəsə məlum olduğunu nəzərə alaraq hücumların nəyin bahasına olursa-olsun qarşısının alınmalı olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti