IMG-LOGO

Tramp: İran tam məhv edildi

31 Mar 2026 20:34 3 baxış
IMG
3 0

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.

Lent.az xəbər verir ki, bu barədə o, “New York Post” qəzetinə müsahibəsində bildirib.

“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.

O, həmçinin İranın “tam məhv edildiyini” deyib. “Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.

iran tramp

Xəbər lenti