Goranboyda 63 yaşlı kişini avtomobil vuraraq, öldürüb.
Lent.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində baş verib.
31 yaşlı Bəxtiyar İlqaroğlu idarə etdiyi “Azsamand” markalı, 22-BP-057 dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goranlı kəndi istiqmətində hərəkətdə olarkən piyada 63 yaşlı Hüseynov Zauru vuraraq, öldürüb.
Faktla araşdırma aparılır.
hadisə Goranboyda qəza