IMG-LOGO

İlk süni intellekt funksiyaları olan smartfon

01.03.2024 18:30 67 baxış
IMG

Almaniyanın “Deutsche Telekom” şirkəti süni intellekt (AI) funksiyalarına malik ilk smartfonun buraxıldığını elan edib. 

Lent.az xəbər verir ki, bu barədə “Android Central” məlumat yayıb. 

Şirkət fevralın sonunda keçiriləcək “Mobile World Congress 2024” sərgisində süni intellektlə işləyən telefon konseptini təqdim edib. Qurğu Qualcomm və Brain.ai ilə birgə yaradılıb. Cihaz tamamilə süni intellektə əsaslanacaq və heç bir tətbiqi olmayacaq.

T Phone adlanan elan edilən cihaz bulud xidməti və süni intellekt modeli vasitəsilə istifadəçi sorğularını emal edəcək. Cihaz sensor ekran və ya səslə idarə oluna bilər. O cümlədən snüi intellekt sizə fotoları redaktə etməyə və videoları emal etməyə imkan verəcək. Qadcetin xüsusiyyətləri açıqlanmır, lakin smartfon flaqman Snapdragon 8 Gen 3 prosessorunu alacaq.

"Süni intellekt və AI modelləri (LLM) tezliklə mobil cihazların ayrılmaz hissəsinə çevriləcək", - deyə “Deutsche Telekom”un sözçüsü Con Abrahamson bildirib.

Onun sözlərinə görə, yeni qurğu rəqəmsal konsyerj kimi yerləşdiriləcək.  

Xəbər lenti