Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, kanalda batan şəxs Göyçayın Bığır kənd sakini 53 yaşlı Qalib Qəfərovdur. Onun yıxılaraq kanala düşdüyü ehtimal edilir.
Hazırda araşdırma aparılır.