IMG-LOGO

Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi

30 Mar 2026 06:31 5 baxış
IMG
0 0

Çində Szyaotun Universitetinin alimləri robot-itin düşüncə ilə idarə olunmasına imkan verən sistem hazırlayıblar.

Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, texnologiya qeyri-invaziv "beyin-kompüter" interfeysinə əsaslanır və insanın beyin siqnallarını oxuyaraq onları komandaya çevirir.

Məlumata görə, robot hazırda 11 sadə əmri (irəli, geri, dönmə və s.) 95%-dən çox dəqiqliklə yerinə yetirir və reaksiya müddəti təxminən bir saniyədir.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə reabilitasiya, yaşlılara qulluq və hərəkət məhdudiyyəti olan şəxslərə yardım sahəsində istifadə oluna bilər.

çin robot

Xəbər lenti