IMG-LOGO

Yük maşınının vuruduğu qadın xəstəxanada öldü

29.02.2024 21:38 103 baxış
IMG

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan yük maşını1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.

64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, G.Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti