IMG-LOGO

Uşaqlar üçün sosial şəbəkəyə giriş məhdudlaşdırılır

29 Mar 2026 04:47 3 baxış
IMG
2 0

Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır.

Lent.az xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları “cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır”.

Müvafiq qanunun üzərində işə iyul ayında başlanacağı bildirilsə də, tətbiq tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Avstriya ötən dekabrda 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdıran ilk ölkə olub. (Azərtac)

sosual şəbəkə uşaq

Xəbər lenti