IMG-LOGO

Biləsuvarda motosiklet aşıb, xəsarət alanlar var

28 Mar 2026 18:14 3 baxış
IMG

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, rayonun Aranlı kənd sakini, 1994-cü il təvəllüdlü Elnur Bayramovun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Samir Matıyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti