IMG-LOGO

Azərbaycanın U-19 millisi Şimali İrlandiyaya uduzub

28 Mar 2026 19:01 3 baxış
IMG

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.

"Report"un məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.

Xəbər lenti