IMG-LOGO

Azərbaycan hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər

29.02.2024 16:20 86 baxış
IMG

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.

Onlar ilk olaraq martın 11-də reallaşacaq qarşılaşmada iş başında olacaqlar.

11 mart

14:30. Belarus – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro).

Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro).

“Topoplica Stadion” stadionu.

14 mart

17:00. Monteneqro – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya).

Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya).

“Mitar Mićo Goliš” stadionu

17 mart

17:00. Monteneqro – Belarus

Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə.

Dördüncü hakim: Fəridə Lütfəliyeva.

“Gradski Stadion Podgorica” stadionu

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti