IMG-LOGO

Bakı sakini evində diri-diri yandı

29 Feb 2024 15:42 160 baxış
IMG

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: lent.az

Xəbər lenti