IMG-LOGO

İran bu ölkənin neft tankerlərini Hörmüz boğazından buraxdı

28 Mar 2026 15:27 6 baxış
IMG
0 0

Taylandın baş naziri Anutin Çanviraakun bildirib ki, İran ölkənin neft tankerlərinə Hörmüz boğazından keçməyə icazə verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, boğazın bağlanması səbəbindən Taylandda yanacaq çatışmazlığı yaranıb və benzin almaq üçün uzun növbələr formalaşıb.

Qeyd edək ki, İsrail və ABŞ ilə İran arasında müharibə 28 fevraldan davam edir. İran faktiki olaraq Hörmüz boğazını bağlayıb ki, bu da enerji resurslarının qiymətlərinin sürətlə artmasına səbəb olub. İranın ali lideri Müctəba Xamenei dövlət televiziyası vasitəsilə yayımlanan açıqlamasında bildirib ki, İran bu bloklama imkanından təzyiq aləti kimi istifadə etməlidir.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Hörmüz boğazı

Xəbər lenti