IMG-LOGO

Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su dolub, 22 nəfər təxliyə edilib

28 Mar 2026 15:00 4 baxış
IMG

Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Xəbər lenti