Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, “kahı, kərəviz və gül kələm” yükü aparan nəqliyyat vasitəsinə “Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində "kahı" yükünün içərisində qablaşdırılaraq gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
gömrük məntəqələri Biləsuvar gömrüyü gül kələmi narkotik
