IMG-LOGO

Əli Əliyev: Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur

28 Mar 2026 12:07 2 baxış
IMG

Azərbaycanda sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur.

"Report" xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı sürüşmə proseslərinin dinamikasında hər hansı bir dəyişiklik qeydə alınmayıb: "Mövcud sürüşmə sahələrində ciddi aktivləşmə və yeni sürüşmə zonaları müşahidə edilməyib".

Xəbər lenti