IMG-LOGO

Husilər də müharibəyə qoşuldu - İlk ZƏRBƏLƏR

28 Mar 2026 11:40 2 baxış
IMG
2 0

Yəməndəki husilər tərəfindən həyata keçirilən ballistik raket hücumu səbəbilə İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində və ətraf yaşayış məntəqələrində hava həyəcan siqnalları səsləndirilib.

Lent.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bu, hazırkı müharibə çərçivəsində İran tərəfindən dəstəklənən husilərin İsrailə qarşı ilk hücumudur. İsrail Müdafiə Qüvvələri bildiriblər ki, Yəmən ərazisindən raketin buraxılışı qeydə alınıb və onun qarşısının alınması üçün tədbirlər görülüb.

Qeyd etmək lazımdır ki, şüarlarında “Amerikaya ölüm, İsrailə ölüm və yəhudilərə lənət” çağırışları yer alan husilər ilk dəfə İsrailə və dəniz gəmiçiliyinə hücumlara 2023-cü ilin noyabrında — 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın hücumundan təxminən bir ay sonra başlayıblar.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi

Xəbər lenti