Balakəndə yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Katex kəndi ərazisində baş verib. “Mazda” və “VAZ 2107” markalı avtomobillər toqquşub.
Nəticədə “Mazda”nın sürücüsü olan Zaqatala rayon sakini 34 yaşlı Nərgiz Nuriyeva, onun sərnişini 97 yaşlı Səadət Şabanova və "Jiquli"ni idarə edən Balakən sakini 19 yaşlı Dahil Rəcəbov xəsarət alıblar.
Balakən xəstəxanasına yerləşdirilən sürücülərin vəziyyətinin qənaətbəxş, 97 yaşlı qadının vəziyyəti isə orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr Zaqatala rayonu Balakən rayonu