IMG-LOGO

"Bavariya"nın 18 yaşlı oyunçusu Karl Almaniya millisində debüt edib

28 Mar 2026 07:29 2 baxış
IMG

"Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi Lenart Karl Almaniya millisinin böyüklərdən ibarət komandasında İsveçrə ilə yoldaşlıq oyununda debüt edib.

"Report"un məlumatına görə, matç Bazeldəki "Sankt-Yakob Park" stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Karl meydana ikinci hissənin 63-cü dəqiqəsində Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə idi.

"Sofascore" portalının məlumatına görə, gənc yarımmüdafiəçi oyununa görə 7,4 bal alıb.

Karl cari mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 33 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.

Xəbər lenti