IMG-LOGO

"Liverpul"da hamımız üçün xüsusi bir həftə oldu

29.02.2024 12:00 108 baxış
IMG

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Kubokunun 1/8 finalında "Sauthempton" üzərində qazanılan qələbəni (3:0) şərh edib.

“Hamımız üçün xüsusi bir həftə oldu. Uzun müddətdir məşqçi kimi çalışıram, amma belə həftələr tez-tez baş vermir. Bizim üçün çox çətin vəziyyətdə "Sauthempton"la çətin oyun oldu. Qərarlar verməliyik və görməliyik ki, kimləri meydana çıxara bilərik. Bu gün qərar verildi ki, Co Qomes həyatında ilk dəfə altı nömrə mövqeyində oynasın. İlk 15 dəqiqədə təzyiq dəhşətli idi. Problemlərimiz oldu və “Sauthempton” bundan yararlandı. Qapıçımız əla seyvləri ilə bizi xilas etdi.

15 dəqiqədən sonra yüksək pressinq xeyli yaxşılaşdı, fasilə zamanı meydanın mərkəzindəki pressinqi yaxşılaşdırmağa çalışdıq. Futbol asan deyil və sürətin varsa, onu saxlamalısan. Hesabı açdıq və ikinci hissədə iki möhtəşəm qol vurduq. Bu oyunu izləmək çox xoş idi. 1/4 finala çıxmaq əladır, amma biz bunu təbii qəbul etmirik. Biz 1/4 finala vəsiqə qazanmağa layiq idik, bu, əla nəticə idi”, - Klopp söyləyib.

Yurgen Kloppun komandası 1/4 finalda "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Xəbər lenti