Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.
"Report" xəbər verir ki, yığma bu uğura "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.
Bununla da milli komanda əvvəlki rekordunu yeniləyib. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.
Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.
Beləliklə, Sent Lüsiya üzərindəki 6:1 hesablı qələbə Azərbaycan millisinin tarixinə ən böyük fərqli qalibiyyət kimi düşüb.

