IMG-LOGO

"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiya ilə oyunda üçüncü qolu vurub - YENİLƏNİB

27 Mar 2026 19:51 3 baxış
IMG

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda üçüncü qolu vurub.

"Report"un məlumatına görə, 37-ci dəqiqədə Musa Qurbanlı fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.

19:47

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda iki qol fərqi ilə öndədir.

"Report"un məlumatına görə, hazırda hesab 2:0 Azərbaycan yığmasının xeyrinədir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın 2-ci dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rəhim Sadıxov adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Xəbər lenti