IMG-LOGO

Arvadının adı Brüs Linin ölümündə hallanır: həmin milyarder oğullarına qəpik də vermədi

27 Mar 2026 17:19 3 baxış
IMG
0 0

Sərvəti müxtəlif qiymətləndirmələrə görə on milyardlarla dollar olan 78 yaşlı honkonqlu maqnat və kinoprodüser Çarlz Hyun oğullarını mirasdan məhrum etdiyini açıq şəkildə elan edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 2026-cı ilin fevralında o, videomüraciətində bildirib ki, nə Ceki, nə də Conatan onun biznes imperiyasını əldə etməyəcək. Bütün aktivlər gəlininin idarə edəcəyi xüsusi fonda ötürüləcək.

“Əgər əmlakı onlara versəm, onu tezliklə aldadaraq əllərindən alacaqlar”, — deyə Hyun oğullarının biznes bacarığının zəif olmasını əsas səbəb kimi göstərib.

Bundan bir ay əvvəl onun həyat yoldaşı Tiffani Çen də bildirmişdi ki, oğulların biznesi miras almasına imkan verməkdənsə, şirkəti satmağı üstün tutar. Milyarder özü isə qərarının səbəbini belə izah edib: varislərinin “tənbəl həyat sürməsini” istəmir və əmlak bölüşdürüləndən sonra “oğulun atadan üstün vəziyyətə gəlməsinin” qarşısını almaq istəyir.

Vəsiyyətnamədə fond vəsaitlərindən istifadə üçün sərt şərtlər müəyyən edilib. Birincisi, “uzanaraq yaşamaq” (Çində işləmədən hazır dolanışıqla yaşamaq mənasını verən məşhur anlayış) həyat tərzini seçən varislər heç nə almayacaqlar. İkincisi, nəvələrə nə təhsil, nə də ümumiyyətlə köçmək üçün ABŞ-a getmək qəti şəkildə qadağan edilib. Bu qadağanın pozulması maliyyə dəstəyindən tam məhrum edilmə ilə nəticələnəcək.

Çarlz Hyunun sərvəti müxtəlif cür qiymətləndirilir: 2022-ci ildə “South China Morning Post” onun varidatını 1,2 milyard dollar, 2026-cı ildə isə Tayvan mətbuatı bu rəqəmi 500 milyard Honkonq dolları (təxminən 64 milyard ABŞ dolları) səviyyəsində qeyd edib. Rəsmi olaraq onun sərvəti Honkonq kino sənayesinə nəzarəti ilə bağlıdır. Bu sənaye 1990-cı illərdə “Asiya Hollivudu” adlandırılırdı. Qeyri-rəsmi məlumatlara görə isə, KİV maqnatı atası tərəfindən yaradılmış və dünyada böyük təsirə malik olan “Sanyion” triadası ilə əlaqələndirir.

Mirasla bağlı qərar Hyun ailəsinin imperiyası ətrafında uzun müddətdir davam edən ailədaxili dramın məntiqi davamı kimi qiymətləndirilir. Onun ilk həyat yoldaşı, şayiələrə görə, Brüs Linin ölümünə səbəb olmuş sirli hadisə ilə əlaqələndirilirdi. İkinci həyat yoldaşı isə dünyada ən bahalı bənövşəyi brilyantın sahibidir.

Maqnatın özü isə 2025-ci ildə 50 milyard dollar itirdiyi barədə yayılan məlumatları təkzib etsə də, Asiyanın ən nüfuzlu və eyni zamanda ən sirli fiqurlarından biri olaraq qalır. O, açıq şəkildə elan etdiyi vəsiyyətnamə ilə yalnız sərvətini qorumağa deyil, həm də öz ifadəsi ilə desək, varislərini zərərli tənbəllikdən və onların şəxsi bacarıqsızlığı ilə bağlı risklərdən uzaq tutmağa çalışır.

Çarlz Hyun kino maqnatı milyarderlər milyarderlərin mirası

Xəbər lenti