IMG-LOGO

Beynəlxalq Kosmik Stansiyada sızma: Kosmonavtlara təhlükə varmı?

28.02.2024 23:37 67 baxış
IMG

Roskosmosun mütəxəssisləri Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində hava sızması aşkar ediblər, ekipaj üçün təhlükə yoxdur.

Lent.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət korporasiyasından məlumat verilib.

"Həqiqətən də, mütəxəssislər BKS-in göyərtəsində hava sızması aşkar ediblər. Ekipaj müntəzəm olaraq mümkün sızmaların tapılması və aradan qaldırılması üçün işlər aparır və stansiyadan alınan məlumatlar təhlil üçün mütəxəssislərə ötürülür. Ekipaj və stansiya üçün təhlükə yoxdur”, - deyə Roskosmosun mətbuat xidməti bildirib.

Dövlət korporasiyası xatırladıb ki, stansiyanın köhnəlməsi təmir və bərpa işlərinin xeyli vaxt aparmasına gətirib çıxarır. Rusiya Federasiyasının idarə olunan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru, RSC Energia şirkətinin baş konstruktoru Vladimir Solovyovun sözlərinə görə, kosmonavtların vaxtının 50%-ə qədəri təmirə sərf olunur.

Xəbər lenti