IMG-LOGO

Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb

28.02.2024 20:51 86 baxış
IMG

Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınan oyun keçirilib.

"Report"un məlumatına görə, "Qəbələ" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0. Qonaqların heyətində 47-ci dəqiqədə Adama Diakabi, 59-cu dəqiqədə penaltidən Riçard Almeyda, 65-ci dəqiqədə Nəriman Axundzadə, 80-ci dəqiqədə Marko Yankoviç fərqləniblər.

Meydan sahiblərində Feras Abu Akal 52-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 57-yə çatdırıb. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti