Bərdədə ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.


Mənbə: lent.az