IMG-LOGO

Qriqoryan: Bir neçə ay ərzində sərhədin delimitasiyası üzrə layihənin metodologiyası təsdiq oluna bilər

28.02.2024 18:17 196 baxış
IMG

Çox güman ki, iki-üç ay ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə layihənin metodologiyası komissiyalar tərəfindən istifadə olunacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə keçirilən hökumət saatında deyib.

"Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Bu barədə iki ölkənin hökumətləri ilə razılaşdıq", - o bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti