IMG-LOGO

Rusiya Ermənistanın KTMT ilə bağlı iddialarını rədd edir

28.02.2024 16:19 194 baxış
IMG

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı iddialarını rədd edir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Rusiya üçün Ermənistanın iddiaları qəbuledilməzdir.

M.Zaxarova Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını xatırladıb.

Qeyd edək ki, Ermənistan baş naziir Nikol Paşinyan daha əvvəl söyləmişdi ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti