IMG-LOGO

AFFA İntizam Komitəsi "Lənkəran" və "Atletiko Baku"ya texniki məğlubiyyət verib

26 Mar 2026 16:19 2 baxış
IMG

Futzal üzrə Yüksək Liqada çıxış edən "Lənkəran" komandası texniki məğlubiyyət alıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən "Lənkəran"a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. "Atletiko Baku" PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

Xəbər lenti