Qubadlı rayonuna yeni prokuror təyin edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.
O, əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.
Mənbə: lent.az