IMG-LOGO

Bakıdan İstanbula uçan təyyarə başqa limana endi - SƏBƏB

28 Feb 2024 11:33 179 baxış
IMG

28 fevral 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.   "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.   Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.   Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Mənbə: lent.az

Xəbər lenti