IMG-LOGO

Bastoni “Barselona”nın radarına düşdü

25 Mar 2026 21:01 3 baxış
IMG
0 0

“İnter”in futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.

Lent.az xəbər verir ki, italiyalı müdafiəçi ilə “Barselona” yaxından maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi artıq bir neçə aydır 25 yaşlı futbolçunun mümkün transferini nəzərdən keçirir.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Alessandro Bastoni inter italiya barselona

Xəbər lenti