IMG-LOGO

ABŞ və İsrail İranla nə qədər döyüşəcək? - Dəqiq PROQNOZ

25 Mar 2026 15:46 4 baxış
IMG
0 0

ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatın mümkün danışıqlardan asılı olmayaraq daha azı 2–3 həftə davam edəcəyi gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə Axios anonim amerikalı və israilli rəsmilərə istinadən məlumat yayıb.

“Amerika və İsrail rəsmiləri danışıqların olub-olmamasından asılı olmayaraq daha 2–3 həftəlik müharibə planlaşdırırlar”, – materialda qeyd olunur.

Mənbələrin sözlərinə görə, ABŞ və regional vasitəçilər qrupu artıq 26 mart, cümə axşamı günü İran ilə yüksək səviyyəli sülh danışıqları keçirmək imkanını müzakirə edir, lakin hələ də Tehranın cavabını gözləyirlər. Eyni zamanda ABŞ mümkün eskalasiya halı üçün variantlar hazırlayır, o cümlədən bir neçə min əsgərdən ibarət briqadanın yerləşdirilməsi nəzərdən keçirilir.

İki israilli mənbənin məlumatına görə, Benjamin Netanyahu narahatdır ki, Vaşinqton İsrailin məqsədlərinə uyğun olmayan, ciddi güzəştləri ehtiva edən və ölkənin İrana zərbə endirmə imkanlarını məhdudlaşdıran razılaşma bağlaya bilər.

Çərşənbə axşamı Oval kabinetdə çıxışı zamanı ABŞ prezidenti Donald Trump jurnalistlərə bildirib ki, bir çox iranlı lider artıq həyatda olmasa da, ABŞ lazımi şəxslərlə danışıqlar aparır və onlar razılaşma əldə etməkdə çox maraqlıdırlar.

ABŞ rəsmiləri qeyd edirlər ki, İran hökuməti hazırda xaotik vəziyyətdədir və kommunikasiya çətinlikləri yaşayır. Yeni ali lider Müctəba Xameneinin qeyri-müəyyən statusu isə qərarların kim tərəfindən qəbul edildiyi məsələsində qarışıqlığı daha da artırır.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi

Xəbər lenti