IMG-LOGO

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım-Riçards İngiltərə komandasına rəhbərlik edəcək

25 Mar 2026 15:17 5 baxış
IMG

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım-Riçards İngiltərənin "Krouli Taun" komandasına rəhbərlik edəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, bu təyinata qədər "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərib. Bu, 39 yaşlı sabiq futbolçunun baş məşqçi kimi ilk işi olacaq.

Qeyd edək ki, K.Kazım-Riçards karyerası ərzində Türkiyənin "Fənərbağça", "Qalatasaray", Niderlandın "Feyenoord" və Şotlandiyanın "Seltik" klublarında da forma geyinib. O, Türkiyə yığmasında 37 oyun keçirib. İngiltərənin səviyyəcə II Liqasında mübarizə aparan "Krouli Taun" 31 xalla 21-ci sırada qərarlaşıb.

Xəbər lenti